Bakıda küçədə kişi bıçaqlanıb. Bu haqda 7 aprel tarixində Report məlumat verib.
Nizami rayonu, R.Rüstəmov küçəsində aprelin 6-da Elgiz Feyzullayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və hazırda orada müalicəsini davam etdirir.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.