Paytaxtın Nizami rayonunda narkotik istifadəçisi saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini A.Babayev tutulub. Onun üzərindən heroin, beşbarmaq və 2 ədəd bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.