Paytaxtın Nizami rayonunda narkotik alverinə qarşı növbəti əməliyyat keçirilib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər zamanı 6 nəfər narkotacir tutulub. Ümumilikdə 2 kiloqram kokain, heroin, marixuana, tiryək, ekstazi və metadon həbləri, eləcə də metamfetamin aşkar edilib.
Digər əməliyyat zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən mənzillərin birində tiryəkxana təşkil edən daha 3 nəfər saxlanılıb. Baxış zamanı külli miqdarda heroin dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
[URIS id=51334]