Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutulub. Bu haqda 17 mart tarixində Report məlumat verib.
Nizami rayonunda martın 9-da 3 nəfər Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib və ondan 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürüblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.