Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda 4 aprel tarixində APA məlumat verib.
Nizami rayonunda aprelin 2-də paytaxt sakini N.Qəniyeva idarə etdiyi “Hyundai” markalı avtomobili işıq dirəyinə vurub. Qəza nəticəsində sərnişinlərdən biri Aysel Cəfərova hadisə yerində dünyasını dəyişib. Digər 3 sərnişin xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma davam edir.