Paytaxtın Nizami rayonunda piyada qadını avtomobil vurub. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
60 yaşlı Təcrübə Qadaşova metronun “Neftçilər” stansiyası yaxınlığında avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.