Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların qanunsuz kəsimi aşkarlanıb. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Aparılan araşdırma zamanı qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərovun 2 göyrüş ağacını kəsdiyi məlum olub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.