Bakıda avtomobil yoluna beton dağılıb. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Nizami rayonunda 90-OL-741 dövlət nömrə nişanlı, “Daf” markalı betonqarışdıran yük avtomobili hərəkətdə olan zaman ehtiyatsızlıqdan yola beton tökərək asfalt örtüyünü korlayıb.
Ərazidə xidmət aparan Nizami rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin avtomobili saxlayaraq sürücü Şahin Məmmədov barəsində inzibati qaydada tədbir görüb.
Yola tökülən beton sürücünün özü tərəfindən təmizlənilib. Ziyan aradan qaldırılıb.