Nizami rayonunda külli miqdarda dələduzluq edən şəxs tutulub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
50 yaşlı E.Hüseynov bir nəfər şəxsə qarşı dələduzluq edərək onun 49.700 AZN pulunu almaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.