Nizami rayonunda ödəmə terminalını zədələyiblər. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun İ.Həbibov küçəsində baş verib. Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov ərazidə yerləşən ödəmə terminallarından birini yararsız hala salmaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.