Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yolu keçən Asif və Arif İsmayılov qardaşlarını avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.
Qardaşlardan biri aldığı xəsarətlərdən hadisə yerində ölüb, digərini isə hadisə şahidləri xəstəxanaya çatdırıblar.
Fakt araşdırılır, sürücü axtarılır.