Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində qeydə alınıb. Nəticədə 1 otaq 20 kv.m sahədə yanıb, eləcə də dəhlizin tavanı 25 kv.m sahədə, 1 ədəd kondisioner və 1 ədəd kompüter əriyib. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.