Nizami rayonunda qadın meyiti tapılıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Rayonun Rüstəm Rüstəmov küçəsi, ev 56-nın arxasında üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyiti aşkar olunub. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Hazırda naməlum meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər aparılır.