Nizami rayonunda ofisdən oğurluq edilib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov rayonun T.Abbasov küçəsindəki bir ofisdən notbuk, eləcə də bir klinikadan nutbuk, köşkdən isə 1120 AZN dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.