Nizami rayonunda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Özbəkistan küçəsində baş verib. Naməlum şəxs "Bazarstore" mağazasından 240 AZN dəyərində 5 qutu şokolad oğurlayan zaman ona mane olmaq istəyən nəzarətçini bıçaqlayıb və hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.