Nizami rayonunda qadınları avtomobil vurub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bəkir Çobanzadə küçəsində baş verib. 65 yaşlı Kəmalə Bağırova və 60 yaşlı Gülarə Əfəndiyeva toydan çıxandan sonra avtomobil yolunu keçmək istəyən zaman onları “Kia” markalı nəqliyyat vasitəsi vurub.
Nəticədə qadınlardan biri xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.