Nizami rayonunda transformator yanıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma gücü 63 kVt olan transformatorda baş verib. Nəticədə içərisində 2 ədəd sayğac və elektrik kabeli yanıb. Transformatorun digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.