Xətai rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun NZS qəsəbəsində baş verib. 23 yaşlı Zaur Quliyev dava edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb. Nəticədə yaralı döş qəfəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.