Bakının Xəzər rayonu ərazisində paytaxt sakinindən metamfetamin aşkar olunaraq götürülüb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Q.Mirzəyevin qəsəbə ərazisindəki evin həyətindən 500 manat dəyərində elektrik naqili, dəmir lövhələr və cərəyan açarları oğurlaması da məlum olub.
Faktla bağlı araşdırma davam edir.