Bakının Nəsimi rayonu ərazisində avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Noyabrın 10-da saat 22:00 radələrində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefon oğurlanıb.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 33 yaşlı Ceyhun Hüseynov saxlanılıb. Şəxsi baxış zamanı ondan tiryək də götürülüb. Faktla bağlı araşdırma aparılır.