Bakıda 13 narkotacir saxlanılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Papanin”, “Kubinka” kimi tanınan ərazilərdə - Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində polis əməkdaşları tərəfindən növbəti əməliyyatlar keçirilib. Saxlanılanlar narkotik vasitələri paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılanlar barədə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_89967" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]