Bakının “Papanin” və “Kubinka” adlanan ərazilərində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazilərin Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar zamanı 7 nəfər tutulub, 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_87019" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]