Bakının “Papanin” və “Kubinka” adlanan ərazilərində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, adıçəkilən ərazilərin Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar zamanı 7 nəfər saxlanılıb, ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və 100 ədəd preqabalin həbi dövriyyədən çıxarılıb.
Narkotik ticarətinə qarşı mübarizə davam edir.