Paytaxtın Nəsimi rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Papanin” və “Kubinka” adlanan ərazilərdə keçirilən əməliyyatlar zamanı 8 nəfər saxlanılıb. Ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və metamfetamin dövriyyədən çıxarılıb. Tutulan şəxslər narkotikləri tanımadıqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.
Aşkar olunan faktlarla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_97570" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]