Paytaxtın “Papanin” və “Kubinka” adlanan ərazilərində narkotik alverçiləri tutulublar. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində keçirilən əməliyyatlar nəticəsində 8 nəfər narkotacir saxlanılıb. Onlarda ümumilikdə külli miqdarda heroin, tiryək, metamfetamin və psixtrop tərkibli həblər aşkar edilib.
Tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları məlum olub.
Aşkar olunan faktlarla bağlı araşdırmalara başlanılıb.
[caption id="attachment_93505" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]