Bakıda 2 kişi meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin qaynar xəttinə paytaxtın Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları məzilin qapısını açaraq 53 yaşlı Poqorelov Oleq Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Yasamal rayonunda isə FHN əməkdaşları bağlı qapı arxasında qalan 54 yaşlı Həsənov İlqar Salamat oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.