Paytaxtın Səbail rayonunda naməlum şəraitdə əcnəbi turist xəsarət alıb. Bu haqda bu gün, 8 dekabr tarixində Report məlumat verib.
Nizami küçəsində (Torqovaya adlanan ərazisində) Səudiyyə Ərəbistanı vətəndaşı 22 yaşlı Əli Əhməd Noaf deşici-kəsici əşya ilə xəsarət alıb.
Gənc xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.