Xətai rayonunda ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda bu gün, 21 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə ümumi sahəsi 336 kv.m olan fin tipli 12 otaqlı evin birinci mərtəbəsində qeydə alınıb. Burada 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını ala biliblər.