Bakıda altı nəfər dəm qazından zəhərlənib. Bu haqda bu gün, 21 yanvar tarixində Report məlumat verib.
Sabunçu rayonu Sabunçu qəsəbəsində 17 yaşlı Nigar Ağayeva, 2-ci mədən küçəsində 56 yaşlı İntiqam Salahlı, Elşən Mehtiyev küçəsində isə 20 yaşlı Nasir Manaflı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Daha üç zəhərlənmə halı Nizami rayonunda qeydə alınıb. Belə ki, Naxçıvanski küçəsində 25 yaşlı Elmida İsayeva, Keşlə qəsəbəsində 27 yaşlı Zülfiyyə Quluzadə və Babək prospektində 36 yaşlı Samirə Həsənova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər cəlb olunan təcili tibbi yardımın köməkliyi ilə xastəxanaya yerləşdiriliblər. Hər faktla bağlı araşdırmalar aparılır.