Bakıda xəsarətlərlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 7 yanvar tarixində Report məlumat verib.
Nizami rayonunda 65 yaşlı Məhəmməd Mehdiyev yolu keçərkən, onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.