Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 4 aprel tarixində xəbər verir.
Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yolu keçən 20 yaşlı Təhmin Əliyevi avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.