Paytaxtın Suraxanı rayonunda 15.000 manat dələduzluq yolu ilə mənimsənilib. Bu haqda bu gün, 17 fevral tarixində Report məlumat verib.
Qeyd olunur ki, Bakı sakini Firuz Babayev Rafiq Abıyevə tanışının üzərində olan axtarış işinin götürülməsi vədini verib. Daha sonra o, Abıyevi aldadaraq onun 15.000 pulunu dələduzluq yolu ilə mənimsəyib.
Hadisə ilə bağlı Abıyev Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. Bu fakt araşdırıldıqdan sonra həmin məbləğ zərərçəkənə qaytarılıb.