Səbail rayonu, Nizami ilə Puşkin küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib, 65 yaşlı piyada xəsarət alıb. Bu haqda Report bu gün, 8 dekabr tarixində məlumat verib.
Abdulmanaf Hüseynov yolu keçərkən onu “Gelandewagen” markalı avtomobil vurub. Yaralı ağır xəsərətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sağ bud nahiyəsinin yerdəyişməsi və oynağın zədələnməsi ilə sınığı aşkar edilib.
Nəqliyyat vasitəsi avtomobil icarə şirkətlərindən birinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.