Paytaxtın Yasamal rayonunda motosiklet avtomobillə toqquşub. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi nəticəsində motosiklet sürücüsü Camal Hüseynli xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
28 yaşlı gəncə müayinə zamanı mil sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.