Paytaxtın Suraxanı rayonunda yanğın başlayıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
Hadisə Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Yanğının söndürülməsində FHN-in əməkdaşları iştirak edirlər.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Yenilənib: 11:45
Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 110 kv.m olan mənzilin bir otağında və eyvanında 5 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın söndürülüb.