Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov dünyasını dəyişib. Bu haqda məlumatı Bakuplus.az bu gün, 13 mart tarixində Baku TV-yə istinadən verir.
Belə ki, 59 yaşlı M. Sadıqov qəfil ürək tutmasından vəfat edib. O, Keşlə qəbiristanlığında dəfn olunub.
Mərhumun həyat yoldaşı onun yüksək təzyiqdən dünyasını dəyişdiyini deyib. “Mehmanın xəstəliyi yox idi. Qəfildən təzyiqi yüksəldi və beyninə qan sızdı. Noyabrın 19-u 60 illik yubileyi olacaqdı”, - deyə M.Sadıqovun xanımı bildirib.