Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən çimərlikdə 7 yaşlı qız boğulub. Bu haqda bu gün, 7 iyul tarixində Report məlumat verib.
Zəngilan şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi, 7 yaşlı Rəbiyyə Məmmədli nənəsi ilə çimərlikdə olarkən dənizdə boğulub. Hadisə onun nənəsinin gözü qarşısında baş verib.
Uşağın meyiti sudan çıxarılıb və yaxınlarına təhvil verilib.