Paytaxtın Pirallahı rayonunda qadının boğazını kəsərək qətlə yetirən şəxsə hökm oxunub. Bu haqda bu gün, 4 noyabr tarixində Report.az məlumat yayıb.
Telman Mövsumzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.
O, Lalə Ramazanovanın boğazından bıçaqlayaraq öldürmüş daha sonra meyiti yaşadığı evin həyətində bastırmışdır.
Qətlə səbəb olaraq mərhumun cinayətkara irad bildirərək onu əsəbiləşdirməsi bildirilir.