Bakıda bir nəfər polisə yalan məlumat verib
Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Mərhəmət Mehdiyev polisə zəng vuraraq ona qarşı quldurluq etdiyini deyib. O, "Əbdül", "Tofiq" və "Taleh" adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib başına beşbarmaqla vurularaq 164 AZN-ni və mobil telefonunun əlindən zorla alındığını vurğulayıb.
Araşdırmadan sonra məlumatın yalan olduğu aşkarlanıb. Mərhəmət Mehdiyev saxlanılıb.