Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 1 iyun tarixində APA məlumat verib.
“Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək işıqfora, daha sonra yol kənarındakı dirəyə çarpılıb. Zərbənin gücündən işıqfor yerindən qopub. Bundan sonra “Prius” xanım sürücünün idarə etdiyi “Skoda” markalı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə zərər vurub.
Qəza nəticəsində “Toyota” yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, avtomobil hərəkət hissəsindən uzaqlaşdırılıb. Fakt araşdırılır.
[caption id="attachment_102057" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]