Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində avtomobil oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Y.Dəmirov adıçəkilən rayon ərazisində həmyerlisi N.Həsənovun “Mercedes” markalı avtomobilini oğurlamaqda şübhəli bilinir. O, nəqliyyat vasitəsi ilə birlikdə qəsəbə ərazisində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.