Suraxanı rayonunda avtobus qəzaya uğrayıb. Bu haqda 8 mart tarixində Oxu.az məlumat verib.
Ötən gecə “Yeni Bahar” yaşayış massivi ərazisində “Azland Plaza” MMC-nin istismarında olan 161 saylı marşrut xətti üzrə hərəkət edən 99-MK-631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur - Hövsan yolunda aşıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.