Suraxanı rayonunda avtomobildən meyit tapılıb. Bu haqda 7 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Qaraçuxur qəsəbəsində “Tofaş” markalı, 99-KO-568 dövlət qeydiyyat nişanlı avtomobildə üzərində xəsarət və ya zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı meyitin 55 yaşlı Mübariz Zeynalova məxsus olduğu müəyyənləşib.
Zeynalovun ölümünün səbəbi hələki məlum deyil. Meyit məhkəmə-tibbi ekspertizasının Suraxanı rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma davam edir.