Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtomobildən oğurluq edən iki nəfər tutulub. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri B.Babazadə və Q.Babayev qəsəbə ərazisində “VAZ-21011” markalı nəqliyyat vasitəsindən 2230 manatlıq geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinirlər. Həmçinin onların üzərində heroin aşkarlanıb.
Araşdırmalar davam edir.