Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə qəsəbənin Yusif Eyvazov küçəsində baş verib. Alışma doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, pilləkən qəfəsində başlayıb. Təhlükəsizlik üçün mərtəbədən 6 nəfər təxliyə olunub. Nəticədə qəfəs 3 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.