Bakının Suraxanı rayonunda əmlakı qəsdən məhv etmədə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsindən verilən məlumata əsasən, martın 3-nə keçən gecə Qaraçuxur qəsəbəsində “Mercedes” markalı avtomobilin şüşələri sındırılıb.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Zakir Mahmudov saxlanılıb.