Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma Opel” markalı minik nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının mühərrik hissəsi və salonu yanıb, 1 nəfər xəsarət alıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.