Qaradağ rayonunda yaşlı qadını avtomobil vurub. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
66 yaşlı Vəciyyə Əliyeva avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.