Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində çoxmərtəbəli binada yanğın başlayıb. Bu haqda bu gün 1 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürnələr cəlb olunub. Xəbər yenilənir.
12:20 - yenilənib
Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata əsasən, alışma elektrik kabellərinin keçdiyi şaxtada baş verib.