Paytaxtın Qaradağ rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Rövşən Zamanov və Röyal Baloğlanovun üzərində və yaşadıqları evdə 30 kiloqram heroin, 52 kiloqram marixuana, eləcə də 30 kiloqram metamfetamin olmaqla ümumilikdə 112 kiloqram narkotik aşkar edilib.
Onlar narkotikləri Hadı adlı İran vətəndaşından onlayn yolla aldıqlarını və İmişli rayonu ərazisindən götürdüklərini bildiriblər. Narkotacirlər narkotikləri paytaxt ərazisində satmağı planlaşdırırdılar.
[caption id="attachment_98961" align="alignnone" width="640"]
Foto DİN[/caption]